Qulaq ağrısı- Səbəb ana südüdür? -Pediatr Rəyi


Ana südü faydalıdır, ancaq düzgün şəkildə verilməzsə, körpədə narahatlığa gətirib çıxara bilər. Yenidoğulmuşların böyük əksəriyyətinin bir müddət sonra qulağı ağrıyır. Bu ağrılara səbəb nədir? Niyə hamısında olmur və olursa niyə bu baş verir?

Evdarliq.com pediatr Aytən İsmayılzadənin yazısını təqdim edir:

Aşağıda iki şəkil paylaşıram : birisi düzgün əmizdirmə pozası, digəri isə qulaq ağrılarına səbəb olan anatomik quruluşla bağlı.
Bunların nə əlaqəsi var deyə soruşacaqsız? Əlbəttə ki, əlaqəsiz mövzuları bir araya gətirməzdim.

İkinci şəklə baxın. Burada udlaq nahiyədə bir dəlik görürsünüzən, yəni ki, ağzımızdan bu dəliyə qida, hava keçə bilər. Bu dəlik isə kanala keçir. Onun adı Yevstax borusudur və orta qulağa kimi gedib çıxır. Bu dəliyin olmasında məqsəd atmosfer təzyiqi ilə orta qulaqdakı təzyiqi nizamlamaqdır. Fikir verin ki, udqunanda ya dilinizi kökünə tam basanda qulaqda bir batma hissi duyulur. Bu da qulaqla boğazın əlaqəli olduğunu göstərir. Buna baxmayaraq, biz böyüklərdə bu kanala havadan başqa bir şey keçə bilmir( infeksiya xaric). Çünki bu kanal əyri vəziyyətdədir. Uşaqlarda isə bu kanal qısa , düz və enlidir. Ona görə də, əmdiyi süd asanlıqla buradan keçib orta qulaqda yüngül ilthab, diskomfort yaradır. Ona görə də, əmizdirəndə uşağın başını dik saxlamalıyq. Onsuz da ora süd keçir , amma heç olmazsa çox keçməsinin qarşısını alaq. Bunun ən sadə üsulu əmizdirdiyiniz döş tərəfdən ayağınızın altına bir balaca taburet qoymaqdır. Və qulaqda bu südün mühitində mikroblar yeyib-içib kef çəkərkən uşaq narahat olur, əmə bilmir, ağlayır, nəcis yaşıllaşır, hərarət də ola bilir. Məhz bu Yevstax borusuna görə, boğazda infeksiya olanda, qrip zamanı qulaq tərəfdən ağırlaşmaları da tez-tez görülür. yəni infeksiya rahatlıqla boğazdan- qulağa keçir.
Bəs, nəciz niyə yaşıllaşır? Çünki qulaqdan bağırsağa qədər elə də uzun yol yoxdur, körpədə və oradakı pis bakteriyalar asanlıqla ağıza və bağırsağa düşüb oranın da mühitini pozur.

Pediatr Aytən İsmayılzadə ilə əlaqə: 070 390 70 40