“Bu körpələr təhlükə altındadır” – Həkimdən Xəbərdarlıq


“Körpəniz vaxtından tez doğulubsa və küvəzdə qalmaq məcburiyyətindədirsə, oftalmoloqdan göz dibini yoxlamasını istəyin”.

Bunu Evdarliq.com-a açıqlamasında pediatr Aytən İsmayılzadə deyib:

“Yarımçıq doğulmuş uşaqlarda korluq riski ola bilər. Çünki oksigenin yüksək konsentrasiyası olur. Körpə küvəzdə saxlanıldığı müddətdə oksigenin artıq miqdarı gözün torlu qışasının zədələnməsinə səbəb olur. Əslində, torlu qişada maddələr mübadiləsi oksigensiz mühitdə gedir, qlükoza enerji mənbəyi rolunu oynayır. Bu proses “qlikoliz” adlanır. Oksigenin artıq miqdarı bu prosesi söndürür və torlu qişa məhv olur, birləşdirici toxuma ilə əvəz olunur. Hestasiya yaşı 34 həftədən az, çəkisi 2000 qr-dan az olan körpələr risk altındadır”.

Həkimin sözlərinə görə, “Okdigenoterapiya” bir aydan çox, ağciyərlərin süni ventilyasiyası 3 gündən artıq davam edən uşaqlarda ehtimal çoxdur. Yarımçıq doğulmuşlar arasında hər 5-ci körpə torlu qişa zədələnməsi “retinopatiya” ilə üzləşə bilir. Bu isə “TSM” korluğa gətirib çıxara bilər.

Həkim əlavə edib ki, əziz valideynlər, diqqətli olun. Əgər bu hallar körpənizlə bağlı yaşanıbsa, mütləq oftalmoloq müayinəsindən keçirin.

Pediatr Aytən İsmayılzadə